YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

29 saylı Səbail seçki dairəsi üzrə 16 saylı seçki məntəqəsində seçicilər üçün hər cür şərait yaradılıb

Fevralın 9-da Azərbaycanda Milli Məclisə seçkilər keçirilir. Vətəndaşlar seçki məntəqələrinə gələrək layiq bildikləri namizədlərə səs verirlər.

Seçki dairəsinə aid 16 saylı seçki məntəqəsində səhər saatlarından başlayaraq canlanma hiss olunur. Seçkinin yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri təşkilati işlər görülüb, məntəqələr lazımi ləvazimat və inventarla təmin olunub.

Səsvermənin gedişini yerli və beynəlxalq müşahidəçilər izləyirlər. Səsvermə prosesini izləmək üçün onlara lazımi şərait yaradılıb.

Məntəqə seçki komissiyasının sədri Fərhad İsmayılov AZƏRTAC-a bildirib ki, 29 saylı Səbail seçki dairəsi üzrə səsvermə 30 məntəqədə keçirilir. Dairə üzrə qeydə alınan seçicilərin sayı 38 min 858 nəfərdir. Bu seçki dairəsində 20 namizəd mübarizə aparır. 16 saylı seçki məntəqəsi üzrə isə 1474 seçici qeydə alınıb. Onlardan 12-si ilk dəfə səs verəcək.

Bildirilib ki, seçicilər əlverişsiz hava şəraitinə baxmayaraq, seçici fəallığı müşahidə olunur.

Qeyd edək ki, Milli Məclisə seçkilərdə 1314 deputatlığa namizəd mübarizə aparır. Seçkilər 125 seçki dairəsi üzrə 5573 məntəqədə keçirilir.

 

 

DİGƏR Xəbərlər Arxiv