YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

21 saylı Nəsimi birinci seçki dairəsində seçici fəallığı müşahidə olunur

Fevralın 9-da saat 8-dən etibarən 21 saylı Nəsimi birinci seçki dairəsinin məntəqələrində səsvermə qanunvericiliyə uyğun olaraq mütəşəkkil qaydada başlayıb. Məntəqələrin demək olar ki, hamısında seçici fəallığı müşahidə olunur.

Dairə seçki komissiyasının sədri Çingiz Dadaşovun verdiyi məlumata görə, bu gün 29 seçki məntəqəsində 34 min 395 nəfər səs verəcək.

Seçicilər səhər saatlarından məntəqələrə üz tutur, siyahılarda adlarını tapdıqdan sonra bülletenləri alıb istədikləri namizədlərə səs verirlər.

Məntəqələrin hamısı zəruri avadanlıqla təmin edilib və səsvermədə yüksək fəallıq nümayiş olunur. Seçki məntəqələrinə gələnlər arasında ilk dəfə səs verən gənclər də var. Onların sayı dairə üzrə 50 nəfərdir.

Seçkilərin şəffaf və demokratik keçməsi üçün 10 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Bundan başqa, 2, 25 və 28 nömrəli seçki məntəqələrində sağlamlıq imkanları məhdud şəxslərin rahat səs vermələri üçün panduslar quraşdırılıb. Yaşı 80-dən yuxarı olan isə 1005 seçici var.

21 saylı Nəsimi birinci seçki dairəsində 700-ə yaxın müşahidəçi qeydiyyatdan keçib.

Sağlamlıq durumu məntəqəyə gəlməyə imkan verməyən və yataq şəraitində müalicə olunan seçicilərin müraciətinə əsasən komissiya üzvləri onların səsvermədə iştirak etməsi üçün seçki qutularını evlərə aparacaqlar.

Seçki prosesinin başlanmasından keçən müddətdə heç bir narazılıq və ya şikayət qeydə alınmayıb. Bütün seçicilərə rahat səsvermə şəraiti yaradılıb.

 

 

DİGƏR Xəbərlər Arxiv