YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MSK sədri TÜRKPA-nın beynəlxalq müşahidəçilər missiyasının üzvləri ilə görüşüb

Fevralın 9-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov TÜRKPA-nın beynəlxalq müşahidəçilər missiyasının üzvləri ilə görüşüb.

Qonaqları salamlayan MSK sədri onlara seçki prosesi ilə bağlı məlumat verib.

Qeyd edib ki, seçkilərdə ölkədəki əksər siyasi partiyalar təmsil olunur. Seçkilər beynəlxalq və yerli müşahidəçilər tərəfindən izlənir. 1000 məntəqəyə veb-kamera quraşdırılıb.

Müşahidə missiyasının qazaxıstanlı rəhbəri Berik Ospanov bildirib ki, seçkilər türk dövlətlərinin parlamentlərinin üzvləri tərəfindən də müşahidə edilir. Qonaq gərgin iş rejiminin olmasına baxmayaraq, onları qəbul etdiyi üçün MSK sədrinə minnətdarlığını bildirib. O seçki prosesinin normal qaydada getdiyini deyib.

Sonra MSK sədri Məzahir Pənahov qonaqların suallarını cavablandırıb.