YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

18 saylı Nərimanov-Nizami seçki dairəsinin məntəqələrində səsvermə qanunvericiliyə uyğun keçirilir

18 saylı Nərimanov-Nizami seçki dairəsi dairə seçki komissiyasının tərkibində fəaliyyət göstərən seçki məntəqələrində səsvermə qanunvericiliyə uyğun olaraq başlayıb. Səsvermənin başlandığı səhər 08:00-dan etibarən seçki məntəqələrdə fəallıq müşahidə olunur. Səsvermənin şəffaf keçirilməsi və seçicilərin seçki məntəqələrinə rahat, maneəsiz gəlib səs vermələri üçün hər cür şərait yaradılıb.

Bunu 18 saylı Nərimanov–Nizami seçki dairəsi dairə seçki komissiyasının sədri İslam Muradov söyləyib.

O bildirib ki, dairə seçki komissiyasının tərkibində 32 məntəqə və 3 qapalı məntəqə fəaliyyət göstərir. Bütün məntəqələr zəruri avadanlıqla təmin edilib. Ümumilikdə dairə üzrə 46 min 760 nəfər qeydə alınıb. On məntəqədə veb-kamera, iki məntəqədə isə fiziki qüsurlu və gözdən əlil şəxslər üçün pandus quraşdırılıb. Məntəqələrdə seçki prosedurlarına ciddi əməl edilir. Bu saatadək qanun pozuntusu barədə heç bir məlumat və ya şikayət daxil olmayıb.

Seçicilər seçki məntəqəsində yaradılan şəraitdən razı qaldıqlarını, istədikləri namizədə səs verdiklərini bildiriblər.