YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı-Tbilisi-Qars marşrutu Avropa İttifaqının Anadolu ilə dəmir yolu əlaqələrinə marağını artırıb

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti Avrasiya məkanında polad magistralların açarı rolunu oynamağa başlayıb. Hazırda geniş coğrafiyada cəlbedicilik yaradan bu marşrut Avropa İttifaqı (AB) ölkələrinin Türkiyə ilə dəmir yolu əlaqələrinin qurulmasında təkanverici qüvvəyə malikdir.

Türkiyənin “Turistik Doğu Ekspres” qatarı bu dəfə Ankaradan Qarsa səfirləri aparıb.

Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirinin müavini Ömer Fatih Sayan, Avropa İttifaqının Türkiyə nümayəndəliyinin rəhbəri, səfir Kristian Berger və Aİ-nin bu ölkədəki səfirləri Ankara-Qars qatarının sərnişinləri olublar.

Səfərin məqsədi Türkiyənin dəmir yolu imkanlarını və regional inkişafını yerindəcə dəyərləndirməkdir. Çinin həyata keçirdiyi “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində London-Qars dəmir yolu ideyasının ortaya çıxması Avropa İttifaqının Anadolu ilə polad magistrallar üzərində əlaqəyə həvəsləndirib. Tərəflər hesab edirlər ki, təhlükəsiz dəmir yolu marşrutunun yaradılması qarşılıqlı maraqları tam əks etdirir.

Qeyd edək ki, “Turistik Doğu Ekspres” xətti ötən ilin mayında istifadəyə verilib.