YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avstriya nəşri: Seçkilərdə namizədlərin sayının çoxluğu Azərbaycandakı plüralist mühitdən xəbər verir

Avstriyanın gündəlik “Kurier“ qəzetində fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərinə həsr edilmiş məqalə dərc olunub.

Məqalədə parlamentdəki 125 yer uğrunda mübarizəyə 1300-dən çox namizədin qatıldığı və bununla da ölkə tarixində parlament seçkilərində ən çox namizədin qeydə alındığı diqqətə çatdırılıb.

Qeyd edilib ki, yerli və beynəlxalq müşahidəçilərin izləyəcəyi seçkilərdə 19 siyasi qrupu təmsil edən və eləcə də çoxlu sayda bitərəf namizədlərin iştirakı ölkədə rəqabətə söykənən və plüralist mühitin mövcudluğundan xəbər verir. Eyni zamanda, qarşıdakı seçkilərdə qadın namizədlərin sayı da iki dəfədən çox artıb.

Müəllif təəssüflə qeyd edir ki, Azərbaycanın on seçki dairəsində seçicilər öz doğma torpaqlarında səs verə bilmirlər. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində işğal olunan rayonların sakinləri ölkənin müxtəlif bölgələrindəki seçki məntəqələrində öz namizədlərinə səs verməli olacaqlar.

ATƏT Parlament Assambleyasının Prezidenti Georgi Tsereteli seçkilərlə bağlı fikirlərinə istinad edən müəllif vurğulayır ki, beynəlxalq təşkilatlar Azərbaycanda keçiriləcək parlament seçkilərinə böyük maraq göstərir. Şəffaf və rəqabətə söykənən seçkilər təsirli islahatlar üçün mühüm əhəmiyyət daşıyan yeni parlamentə etimadı daha artıracaq.

Məqalənin sonunda qeyd edilir ki, bu seçkilər Azərbaycanda həyata keçirilən islahatlar prosesinin tərkib hissəsidir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) bir sıra müşahidəçiləri məhz buna görə bildiriblər ki, bu seçkilər siyasi səhnəyə çıxmaq istəyən çox sayda insan üçün mühüm şans olacaq.