YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Viktor Quminski: Azərbaycanda seçkilərin demokratik və şəffaf keçirilməsi üçün lazımi şərait yaradılıb

Xarici İşlər naziri Elmar Məmmədyarov MDB müşahidə missiyasının rəhbəri və MDB icraçı katibinin birinci müavini Viktor Quminskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, görüşdə Viktor Quminski Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edilməsi barədə məlumat verərək, 252 nəfərdən ibarət MDB müşahidə missiyasının bütün ölkə ərazisi üzrə seçkiləri müşahidə edəcəyini diqqətə çatdırıb. O, seçki məntəqələrinin seçkilərə tam hazır olduğunu, seçkilərin azad, demokratik, ədalətli və şəffaf şəkildə keçirilməsi üçün bütün lazımi şəraitin yaradıldığını qeyd edib.

Elmar Məmmədyarov öz növbəsində, ümumiyyətlə, ölkədə seçki prosesinin sərbəst və demokratik mühitdə keçdiyini qeyd edərək, bütün yerli və xarici müşahidəçilərin, o cümlədən MDB-nin müşahidə missiyasının fəaliyyəti üçün hər cür imkanların yaradıldığını bildirib.

Görüş zamanı, həmçinin MDB ölkələri daxilində iqtisadi-ticari, siyasi, humanitar və digər sahələrdə sıx əməkdaşlıq və MDB məkanında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.