YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xələf Xələfov: Azərbaycanla Gürcüstan arasında sərhədlərin delimitasiyasının növbəti müzakirəsi Tbilisidə keçiriləcək

Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədinin üçdə iki hissəsi delimitasiya baxımından razılaşdırılıb, qalan hissəsi ilə bağlı müəyyən fikir ayrılığı olduğundan danışıqlar, müzakirələr davam etdirilir.

Bu sözləri Azərbaycanın Xarici İşlər nazirinin müavini Xələf Xələfov söyləyib.

Nazir müavini qeyd edib ki, Azərbaycan və Gürcüstan arasında delimitasiya və demarkasiya üzrə dövlət komissiyasının növbəti iclası Tbilisidə keçiriləcək. Azərbaycan görüşün keçirilmə tarixləri ilə bağlı təklifini verib. Yeni müzakirələr üçün iclasa qədər ekspertlərin görüşü keçiriləcək. Ekspertlər kartoqrafik və hüquqi sənədlər üzərində işləyərək komissiyanın işinə təqdim etməlidir.

Qeyd edək ki, Azərbaycan və Gürcüstan arasında delimitasiya və demarkasiya üzrə dövlət komissiyası 1996-cı ildən müzakirələrini davam etdirir.

Xatırladaq ki, Azərbaycanın digər sərhəd ölkəsi olan Rusiya ilə delimitasiya prosesi 2010-cu ildən başa çatıb.