YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Georgi Tsereteli: Beynəlxalq təşkilatlar Azərbaycanda keçiriləcək parlament seçkilərinə böyük maraq göstərir

ATƏT-in yüzdən çox müşahidəçisi Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar Bakıda və respublikanın regionlarında monitorinqlər aparacaq.

Bu barədə ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli Azərbaycana səfərinin nəticələri ilə bağlı müsahibəsində bildirib.

G.Tsereteli deyib ki, beynəlxalq təşkilatlar bu seçkilərə böyük maraq göstərir.

“Şəffaf və rəqabətli seçkilər səmərəli islahatlar üçün zəruri olan yeni parlamentə inamı artırır”, - deyə ATƏT PA-nın sədri vurğulayıb.