YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pyotr Tolstoy: Rusiya nümayəndələri Azərbaycanda parlament seçkilərini obyektiv şəkildə müşahidə edəcəklər

Rusiya və Azərbaycan parlamentləri arasında yaxşı münasibətlər qurulub. Ümid edirəm ki, bundan sonra da əməkdaşlığımızı inkişaf etdirəcəyik.

Bu sözləri Rusiya Dövlət Dumasının vitse-spikeri, Avropa Şurası Parlament Assambleyası sədrinin müavini Pyotr Tolstoy jurnalistlərə söyləyib.

Dövlət Dumasının vitse-spikeri Rusiya nümayəndələrinin Azərbaycanda keçiriləcək parlament seçkilərini obyektiv şəkildə müşahidə edəcəklərini bildirib. “Bizim üçün ölkənin suverenliyi və seçicilərin iradəsi əsasdır”, - deyə o əlavə edib.