YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Kamilə Əliyeva Balakən rayonunda seçicilərlə görüşüb

111 saylı Zaqatala-Balakən seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Kamilə Əliyeva Balakən rayonunun Püştətala inzibati ərazi dairəsində, Kortala yaşayış məntəqəsinin Beçaqar obasında seçicilərlə görüşüb.

 YAP Balakən rayon təşkilatı Seçki Qərargahının sədri Azad Balayev görüşü açaraq 9 fevral seçkilərilə bağlı görülmüş işlər barəsində, bu bölgədən deputatlığa namizədin gördüyü işlər haqda məlumat verib.

Seçicilər qarşısında çıxış edən Kamilə Əliyeva əvvəlki seçki müddətində gördüyü işlər barəsində, Milli Məclisdə fəaliyyəti haqqında danışıb.

Görüşdə çıxış edən seçicilər parlament seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər. Eyni zamanda, sakinlər bir sıra problemlərlə bağlı K.Əliyevaya müraciət ediblər.