YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

AŞPA nümayəndə heyəti seçki kampaniyasının dəyərləndirilməsi məqsədilə sabah Azərbaycana gələcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti Azərbaycanda Milli Məclisə keçiriləcək seçkilər ərəfəsində seçki kampaniyasının və siyasi mühitin dəyərləndirilməsi məqsədilə ölkəmizə səfər edəcək. Bu barədə məlumat Avropa Şurasının saytında yerləşdirilib.

Yanvarın 22-23-də baş tutacaq səfər çərçivəsində nümayəndə heyəti Milli Məclisin sədri, eləcə də Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, parlamentdə təmsil olunan və təmsil olunmayan partiyaların liderləri və nümayəndələri ilə görüşəcək. Həmçinin Mərkəzi Seçki Komissiyasının sədri və üzvləri, media təmsilçiləri, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər nəzərdə tutulub.

Bildirilir ki, AŞPA nümayəndə heyəti səfərin yekunlarına dair bəyanat yayacaq. Həmçinin qeyd olunur ki, Assambleyanın tam tərkibdə nümayəndə heyəti fevralın 9-da seçkiləri müşahidə etmək üçün Azərbaycana səfər edəcək.

 

DİGƏR Xəbərlər Arxiv