YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə RAGB könüllüləri uşaqlar üçün Yeni il aksiyası təşkil ediblər

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri (RAGB) Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada, Qorki adına parkda uşaqlar üçün «AMORKIDS» adlı ənənəvi Yeni il aksiyası təşkil edilib.

Parka gələnləri Şaxta Baba qarşılayıb. O, qonaqlara əsl Yeni il şənliyi təşkil edib və onlara hədiyyələr bağışlayıb. Uşaqlar sevinc hissi ilə müsabiqələrdə və oyunlarda iştirak ediblər, çalıb oynayıblar, mahnı və şeir oxuyublar, tapmacalara cavab tapıblar və dövrə vurublar.