YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Azərbaycan öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq, ərazilərini azad edəcək

“Azərbaycan həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir”. Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Elman Məmmədov  bildirib ki, Azərbaycan hazırda regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Onun sözlərinə görə, Azərbaycanın xarici siyasətində başlıca yeri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli tutur. Əsas hədəf münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn normaları əsasında həll olunmasıdır. E.Məmmədov deyib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə nail olmaq məqsədilə genişmiqyaslı iş aparır: “Prezident İlham Əliyev yerli jurnalistlərə müsahibəsində bir daha münaqişənin həlli ilə bağlı dövlətimizin prinsipial mövqeyini bəyan etdi. Bu mövqe ondan ibarətdir ki, münaqişə beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. İşğalçı Ermənistan müxtəlif bəhanələrlə münaqişənin həllini uzatmağa çalışır. Amma onlar anlamalıdırlar ki, Azərbaycan öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq, ərazilərini azad edəcək”.