YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüsal Qasımlı: 2019-cu ildə Azərbaycan tarixində ən irimiqyaslı sosial, iqtisadi, struktur, siyasi, məhkəmə-hüquq və kadr islahatları aparılıb

“2019-cu ildə Azərbaycan tarixində ən irimiqyaslı sosial, iqtisadi, struktur, siyasi, məhkəmə-hüquq və kadr islahatları aparılıb”. Bu fikirləri Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bu gün YAP İcra Katibliyində keçirdiyi mətbuat konfransında deyib.

İdarəetmə islahatlarının əhəmiyyətinə toxunan V.Qasımlı bildirib ki, Prezident İlham Əliyevin strateji idarəetmə siyasətinə uyğun olaraq qanunverici, icraedici və məhkəmə hakimiyyətinin islahatları dövlət idarəetməsinin səmərəliliyini artırmaqla ilk növbədə vətəndaşların və biznesin maraqlarına xidmət edir. Onun sözlərinə görə, 2019-cu ildə dövlət idadəetmə islahatlarının məqsədi dövlət müstəqilliyinin daha da gücləndirilməsi, vətəndaş məmnunluğunun artırılması, dövlət və bazar tənzimləmələri arasında optimal nisbətin qurulması və Azərbaycanın yerli, regional və qlobal çağırışlara daha yaxşı cavab verməsidir.

“Prezident Administrasiyasının və Nazirlər Kabinetinin yeni strukturu təsdiqləndi, mərkəzi icra hakimiyyəti orqanlarında struktur islahatları aparılır, yerli icra hakimiyyəti qurumları qarşısında yeni tələblər qoyulub. Prezident İlham Əliyevin rəhbərliyi ilə icraedici hakimiyyətdə aparılan islahatlar elektron hökumətin inkişafını, “One-stop-shop”dan “non-stop-shop”-a keçidi, “Only one entry” prinsipini, reaktiv xidmətlərdən proaktiv xidmətlərə keçidi, yığcam, mobil və məqsədyönlü fəaliyyəti stimullaşdıracaq. Eyni zamanda dövlət idarəetmə islahatları məcburetmədədən könüllü riayətə, imperativ idarəetmədən tənzimlənməyə, yoxlamadan monitorinq və qiymətləndirməyə, məmur-sahibkar təmaslarından rəqəmsal həllərə və “kölgə iqtisadiyyat”dan leqallaşmaya keçidi təmin edir. Dövlət idarəetmə aparatının islahatları dövlət-özəl dialoqunu və dövlət-vətəndaş dialoqunu daha da irəli aparacaq. Bu çərçivədə dövlət müəssisələrində və özəl sektorda idarəetmə islahatları, o cümələdən korporativ standartların tətbiqi üçün yeni imkanlar yaranıb”-deyə, V.Qasımlı vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv