YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində inamlı qələbə qazanağı şübhəsizdir

“Ölkəmizdə bələdiyyə institutunun yeni yaranmasına baxmayaraq, onun inkişaf etdirilməsi və təkmilləşdirilməsi məqsədilə mühüm qanunvericilik bazası formalaşdırılıb”. Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, bələdiyyələrin statusu, qulluğunun təşkili, onun maliyyəsinin əsasları və digər sahələri əhatə edən çoxsaylı qanunlar qəbul olunub. Onun sözlərinə görə, yerli özünüidarəetmə orqanlarının  səmərəli fəaliyyəti üçün dövlət tərəfindən hər cür şərait yaradılıb.

“Hesab edirəm ki, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ölkəmizdə demokratiyanın növbəti təntənəsi olacaq. Yeni Azərbaycan Partiyasının bu seçkilərdə inamlı qələbə qazanağı şübhəsizdir. Bütövlükdə isə, yeni seçkilər nəticəsində formalaşacaq bələdiyyələr ölkəmizin inkişafı prosesinə daha böyük töhfələr verəcəklər”-deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.