YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavid Qurbanov: Azərbaycanın iştirakı ilə Özbəkistanda yeni dəmir yolu marşrutunun açılması müzakirə olunacaq

Azərbaycanın iştirakı ilə Özbəkistanda yeni dəmir yolu marşrutunun açılması müzakirə ediləcək.

Bu barədə dekabrın 17-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib. O bildirib ki, dekabrın 18-də Özbəkistanın paytaxtı Daşkənddə görüş olacaq. Görüşdə Türkmənistan, Gürcüstan, Azərbaycan, Özbəkistan və Qırğızıstanın dəmir yollarının nümayəndələri iştirak edəcəklər. Çindən gələn yüklər bu yeni marşrut xətti ilə daşına bilər.