YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavid Qurbanov: Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşımalarının təşkili ilə bağlı işlər davam edir

“Bakı-Tbilisi-Qars dəmir yolu xətti dövlətimizin siyasi iradəsi sayəsində reallaşıb. Layihənin reallaşmasında Azərbaycan  Preizdenti İlham Əliyevin xüsusi rolu vurğulanmalıdır”. Bu fikirləri “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bu gün YAP İcra Katibliyində keçirdiyi mətbuat konfransında deyib.

C.Qurbanov bildirib ki, bu layihəyə müəyyən xarici dairələr tərəfindən qısqanclıqla yanaşılır: “Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə indiyədək 300 min ton yük daşınıb. Bəzi əngəllərə baxmayaraq hazırda bu xəttin daha intensiv işləməsi üçün yüklərin cəlb edilməsi istiqamətində işlər davam etdirilir. Hazırda bu istiqamət Rusiya şirkətləri tərəfindən aktiv istifadə edilir. Qazaxıstan tərəfi ilə bu sahədə işlər aparılır və bunun nəticəsi olaraq əlavə 500-600 min tonun cəlb etmək mümkün olacaq”.

C. Qurbanov qeyd edib ki, bu dəmir yolu ilə sərnişin daşımalarının təşkili ilə bağlı işlər davam edir: “Bu yaxınlarda bu istiqamət üzrə sərnişin qatarının sınağı keçirilib. Müvafiq sənədlər artıq hazırlanıb və onlar imzalanandan sonra sərnişin daşımalarına start veriləcək”.

BTQ xəttinin Naxçıvanla birləşdirilməsi məsələsi ilə bağlı məsələyə gəldikdə, C.Qurbanov söyləyib ki, bunun üçün 280 km xətt Türkiyə ərazisində tikilməlidir: “Bu da 2 milyard ABŞ dollarına yaxın sərmayə tələb edir. Bu məsələ araşdırılır”.