YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahil Babayev: 2020-ci ildə Dövlət Sosial Müdafiə Fondundan əhaliyə ödənişlərin məbləği 4 milyard 684 milyon manat olacaq

“2020-ci ildə Dövlət Sosial Müdafiə Fondundan əhaliyə ödənişlərin məbləği 4 milyard 684 milyon manat olacaq. Gələn il ünvanlı sosial yardımın məbləği 50 milyon manat artırılacaq”. Bu fikirləri  Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bu gün  Milli Məclisdə çıxışı zamanı deyib.

S.Babayev bildirib ki, qeyri-büdcə təşkilatları tərəfindən büdcəyə 76,2 milyon manat vəsaitin daxil olması gözlənilir.

Nazir qeyd edib ki, görülən işlər nəticəsində ölkəmizdə bu ilin 10 ayı ərzində əməkhaqqı fondu əhəmiyyətli dərəcədə artıb: “ Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan sosialyönümlü dövlətdir. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən tədbirlərin mərkəzində vətəndaşlarımızın sosial rifahı durur”. S. Babayev söyləyib ki, 2020-ci ildə əhaliyə ödənişlərin məbləğində artım gözlənilir: “Bu ödənişlər demək olar ki, hər il artırılır. Gələn il özünüməşğulluq proqramının daha da genişləndirilməsi nəzərdə tutulur”.