YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Gülməmmədov: 2020-ci ilin büdcəsində dövlət borcunun yuxarı hədlərinin azaldılması nəzərdə tutulur

2020-ci ilin dövlət büdcəsində dövlət borcunun yuxarı hədlərinin azaldılması nəzərdə tutulur. Növbəti ilin dövlət büdcəsində sosialyönümlü xərclər ən böyük həcmə malikdir.

Bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov noyabrın 6-da Milli Məclisdə 2020-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

V.Gülməmmədov qeyd edib ki, 2020-ci ilin dövlət büdcəsində xərclərin həcmi 2019-cu ildəkinə nisbətən artacaq. Bu isə dövlətin sosialyönümlü xərclərinin artması ilə bağlıdır.