YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyad Səmədzadə: Azərbaycanda qeyri-neft sektorunun üstün inkişafı strategiyası uğurla həyata keçirilir

“2019-cu ilin 9 ayı Azərbaycanın iqtisadi həyatında mühüm hadisə kimi qiymətləndirilə bilər. Belə ki, dövlət başçısı tərəfindən müəyyən edilmiş və qarşıya qoyulmuş bütün məsələlər öz həllini tapıb. 9 ayın nəticələrini də kifayət qədər məqbul saymaq olar”. Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlər, verdiyi tapşırıqlar birmənalı şəkildə onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatının qarşısında duran vəzifələr diqqət mərkəzindədir və cənab Prezidentin bilavasitə nəzarəti altındadır.

“Qeyri-neft sektorunda isə bu artım daha yüksəkdir. Qeyri - neft sənaye sektorunda isə son illərdə görünməmiş bir artım əldə olunmuşdur. Bu, onu göstərir ki, Azərbaycan dövlətinin apardığı iqtisadi siyasətin başlıca məqsədlərindən biri olan qeyri - neft sektorunun üstün inkişafı strategiyası uğurla həyata keçirilir. Azərbaycan iqtisadiyyatı çox böyük bir mərhələni başa vurub. Bizim iqtisadiyyatımızın neftdən asılılığı, yəni ümumi daxili məhsulun quruluşunda, il ərzində əldə etdiyimiz məhsulların ümumi dəyərində neft sektorunun payı aşağı düşür. Bu, ondan xəbər verir ki, cənab Prezidentin ölkədə müəyyən etdiyi sənayeləşmə siyasəti uğurla həyata keçirilir. Hər birimiz, istər sadə fəhlə, istərsə də dövlət məmuru olsun, dövlətin iqtisadi inkişafında maraqlıyıq. Çünki iqtisadi inkişaf olmadan tərəqqi yoxdur. Azərbaycan iqtisadiyyatında son illərdə və 2019-cu ildə də baş verən proseslər Azərbaycanın keyfiyyətli inkişaf imkanlarının reallaşmasından xəbər verir”-deyə, komitə sədri vurğulayıb.