YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərvin Kərimzadə: Azərbaycan dünya birliyində güclü mövqeyə malik bir ölkəyə çevrilib

“2019-cu il Azərbaycanın müasir siyasi tarixinə dinamik inkişaf, sabitlik, dayanıqlı iqtisadiyyat, ciddi islahatlar ili kimi daxil oldu. Prezident İlham Əliyevin milli maraqlara söykənən praqmatik siyasəti Azərbaycanın uğurlarının əsas açarı kimi öz bəhrəsini verdi. Əldə olunan nəticələr Azərbaycanın dünyada siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə böyük nailiyyətlər qazanan ölkə kimi sürətli inkişaf nümunəsi göstərdiyini sübut etdi. Ən əsası, Ulu Öndər Heydər Əliyevin bizlərə miras qoyduğu müstəqil Azərbaycan dövlətinin daha parlaq gələcək üçün nailiyyətlərlə dolu tarixinin yeni səhifələri açıldı”. Bu fikirləri Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

P.Kərimzadə bildirib ki, ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələrinin, əldə olunan iqtisadi dividendlərin, ilk növbədə, əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasında real ifadəsini tapdı. Uğurla həyata keçirilən sosial siyasətin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayandığı üçün dövlət başçısının yeni sosial paketə daxil olan sərəncamları, qərarları vətəndaş rifahı naminə yeni mərhələ oldu. Ölkəni inkişaf, tərəqqi yoluna çıxaran siyasətin müəllifi olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün böyük məqsədlərə doğru inamla irəliləyir. Xalqın öz Prezidentinin ətrafında sıx birləşməsi dövlət başçısının siyasi kursunun uğurunu təsdiq edir.

“Heç kəsə sirr deyil ki, dünyada baş verən geosiyasi dəyişikliklər fonunda müdrik, dərindən düşünülmüş siyasət sayəsində Azərbaycanın güclü ölkə kimi beynəlxalq aləmdə nüfuzu günbəgün artır. Ölkəmizin dünyada siyasi nüfuzu ilə yanaşı, iqtisadi reytinqi də artır. Azərbaycan dayanıqlı sosial-iqtisadi inkişafı ilə dünyada gedən rəqabətlərə tab gətirərək sosial dövlət modelinin ixracatçısına çevrilib. Aparılan davamlı islahatlar, iqtisadiyyatın şaxələndirilməsi qeyri-neft sektorunda əhəmiyyətli dərəcədə irəliləyişə səbəb olub. Məhz buna görə Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasına daxil oldu. Əlbəttə ki, Azərbaycanın hərtərəfli və dayanıqlı sosial-iqtisadi inkişafının stimullaşdırılmasının təməlində dövlət başçısı İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, təsdiqlədiyi dövlət proqramları dayanır. Prezidentin məqsədyönlü islahatları respublikada sosial-iqtisadi sabitliyin davam etməsinə, qeyri-neft sənayesində, kənd təsərrüfatında artım əldə olunmasına imkan verib. İqtisadiyyatın neftdən asılılığının minimuma endirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlərin uğurla davam etdirilməsi istənilən hədəflərə nail olmağa əlverişli şərait yaradıb. Heydər Əliyev məktəbinin ən istedadlı yetirməsi olan Prezident İlham Əliyevin düşünülmüş islahatları və müdrik qərarları sayəsində əldə edilən uğurlar həm də onu göstərir ki, Azərbaycan güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə malik bir ölkəyə çevrilib”, - deyə deputat qeyd edib.