YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanla Avropa İttifaqının əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasla görüşdə İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizin Aİ ilə əməkdaşlığa önəm verdiyini, iqtisadi əlaqələrin inkişaf etdiyini vurğulayıb.

K.Yankauskas əlaqələrin genişlənməsi üçün qarşılıqlı marağı qeyd edərək əməkdaşlığın inkişafına dair fikirlərini bölüşüb.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi və bu istiqamətdə həyata keçirilə biləcək layihələr barədə fikir mübadiləsi aparılıb.

 

DİGƏR Xəbərlər Arxiv