YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Belarus əməkdaşlığının genişləndirilməsi perspektivlərinə dair müzakirələr aparılıb

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Belarusun Xarici İşlər naziri Vladimir Makei ilə görüşüb.

Nazirlər Azərbaycan və Belarus arasında ikitərəfli əməkdaşlığın cari vəziyyəti, mövcud əlaqələrin genişləndirilməsi perspektivləri üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər bu il oktyabrın 25-26-da Qoşulmama Hərəkatının Bakıda keçiriləcək Zirvə görüşü və bu xüsusda həyata keçirilən hazırlıq tədbirləri, Azərbaycanın qarşıdan gələn üç il ərzində Qoşulmama Hərəkatına sədrliyi məsələlərini müzakirə ediblər.

Tərəflər, həmçinin Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar.