YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Adil Əliyev: Vizanın ləğvi hər iki tərəf üçün faydalı olacaq

“Türkiyə vətəndaşları üçün vizanın aradan qaldırılması çox sevindirici hadisədir”. Bu fikri Milli Məclisin deputatı Adil Əliyev deyib.

 A.Əliyev bildirib ki, vizanın ləğvi hər iki tərəf üçün faydalı olacaq. Millət vəkilinin sözlərinə görə, bunun nəticəsi olaraq hər iki dövlətin vətəndaşları həm turizm, həm ticarət, həm də dostluq münasibətlərindən daha rahat faydalanacaqlar.

“Əminəm ki, ümumi tarixi köklərə, dostluq, qardaşlıq və həmrəyliyə söykənən Azərbaycan-Türkiyə münasibətləri bu qərardan sonra daha yüksək səviyyədə və uğurla inkişaf edəcək. Ümidvaram ki, yaxın gələcəkdə vizasız gediş-gəlişin müddəti qarşılıqlı olaraq daha da uzadılacaq. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə vətəndaşlarının sentyabrın 1-dən ölkəyə girişi və ölkədə qalma üçün tələb olunan vizanın qarşılıqlı olaraq qaldırılması haqda tarixi qərarı hər iki qardaş ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir”-deyə, A.Əliyev qeyd edib.

 

 

DİGƏR Xəbərlər Arxiv