YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Ölkəmizin iqtisadiyyatının dayanıqlı inkişafı təmin edilib

«Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlər uğurla icra olunur». Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev  bildirib ki,  həyata keçirilən siyasət ölkə iqtisadiyyatının dayanıqlı inkişafını tam təmin edir. Onun sözlərinə görə, bu amil  işsizliyin səviyyəsinin daha da aşağı enməsinə zəmin yaradır.

«Qəbul edilən inkişaf proqramlarının əsas hədəflərindən biri regionlarda işsizlik probleminin aradan qaldırılmasıdır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla həyata keçirilməsinin nəticəsi olaraq ötən müddət ərzində respublika ərazisində yüzminlərlə yeni iş yeri yaradılıb. Bu amilin ən böyük üstünlüklərindən biri yoxsulluğun azalmasıdır. Yoxsulluğa qarşı mübarizənin vacib şərtlərindən birini bölgələrdə yaşayış şəraitini yaxşılaşdırmaq və çoxlu sayda yeni iş yerləri yaratmaq təşkil edir. Bölgələrdə yeni iş yerlərinin açılması və işsizlik probleminin, demək olar ki, həlli ölkəmizdə yoxsulluğun aradan qaldırılmasına əhəmiyyətli təsir edib. Ötən dövrdə yoxsulluq və işsizlik 5 faiz təşkil edir. Bu göstəricilərə görə Azərbaycan dünya ölkələri arasında ön sıralardadır»-deyə, deputat qeyd edib.