YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” forumu keçirilir

İyunun 3-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun dəstəyi və təşəbbüsü ilə “Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” forumu (“MAINTECH-2019”) keçirilir.

Çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə forumun keçirilməsində məqsədin innovativ, texnoloji məhsul və xidmətlərin daha geniş tanıdılması, onların ixracına dəstəkdən ibarət olduğunu deyib.

Forumda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, BMT-nin İnkişaf Proqramının (BMTİP) Azərbaycanda rezident nümayəndəsi Alessandro Frakassetti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov və “WayRay” şirkətinin rəhbəri Vitaliy Ponomarev çıxışları dinlənilib.

“MAINTECH-2019”da yerli innovativ məhsul və texnologiyaların ixrac perspektivləri, innovativ biznes ekosisteminin inkişafı, yaradılan məhsul və xidmətlərdən ölkə daxilində həm özəl, həm də dövlət sektoru tərəfindən istifadəsinin təşviq edilməsi üzrə təqdimat və müzakirələr keçirilir.

Forumda dövlət qurumları, özəl sektor, beynəlxalq təşkilatlar, ölkəmizdə fəaliyyət göstərən xarici diplomatik korpusun nümayəndələri, habelə innovasiya ekosisteminin iştirakçıları, startaplar və xarici ölkələrdən olan nümayəndələr iştirak edir.