YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İran, Azərbaycan və Rusiyanın yükdaşımalarının tənzimlənməsi ilə bağlı sənədlər hazırlanacaq

Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada səfərdə olub.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, səfər çərçivəsində R.Quluzadə Rusiya Federasiyasının Nəqliyyat naziri Yevgeni Ditrix ilə ikitərəfli görüş keçirib. Moskvada baş tutan görüşdə Azərbaycanla Rusiya arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri, eləcə də Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə tranzit yükdaşımalarının həcminin artırılması istiqamətində görüləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətləri Azərbaycan-Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan) – “Yaraq-Qazmalar” (Rusiya) buraxılış məntəqələri ərazisində Samur çayı üzərində tikilən körpünün istismara verildikdən sonra istifadəsi və “Platon” sistemi haqqında danışıqlar aparıb. Eyni zamanda, Xəzər dənizində birgə xilasetmə işlərinin təşkil olunması, hava daşımalarında və nəqliyyatın rəqəmsallaşdırılması sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

Tərəflər İran, Azərbaycan və Rusiya arasında yükdaşımalarının tənzimlənməsi ilə bağlı işçi qrupunun danışıqlar aparması və sənədlərin hazırlanması barədə də razılığa gəliblər.