Xəbərlər
Naqif Həmzəyev: Müdrik xalqımız ölkəmizin müstəqilliyinə, inkişafına qara yaxmağa çalışanlara fürsət vermir
Bu gün Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət, dünyada sabitlik diyarı, iqtisadi inkişaf ölkəsi, yeni iqtisadi və sosal çağırışların müzakirə olunduğu məkan kimi tanınır.
Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Naqif Həmzəyev deyib.
N.Həmzəyev bildirib ki, ölkəmiz, həmçinin humanist fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə dəyərli töhfələr verir: “Müstəqil Azərbaycan enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları kimi səmərəli təklif və təşəbbüslərlə çıxış edir. İnkaredilməz gerçəklikdir ki, ölkəmizin dünyada nüfuz qazanmasının təməlində müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin müəyyənləşdirdiyi və parlaq gələcəyə hesablanmış siyasəti dayanır”.
Deputatın sözlərinə görə, təəssüf ki, Azərbaycanın bu inkişafını gözü götürməyən qüvvələr də mövcuddur:
N.Həmzəyev əlavə edib ki, Azərbaycan xalqı yaxşı bilir ki, dövlət başçısının rəhbərliyi ilə ölkənin iqtisadi inkişaf strategiyasının ana xəttini məhz əhalinin rifah halının yaxşılaşdırılması təşkil edir və burada ikinci bir mövqe ola bilməz.