YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev mədəniyyət və incəsənət xadimlərinə fərdi təqaüdlərin verilməsi haqqında Sərəncam imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da mədəniyyət və incəsənət xadimlərinə fərdi təqaüdlərin verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında xidmətləri olan yeddi nəfər fərdi təqaüd alacaq.

Ölkə başçısının bu gün imzaladığı digər bir Sərəncamla səhnə fəaliyyəti ilə bağlı 150 nəfər incəsənət xadiminə Azərbaycan Respublikası Prezidentinin mükafatları veriləcək.