YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ülviyyə Həmzəyeva: Ulu Öndər Heydər Əliyev Azərbaycanda bütün sahələrdə olduğu kimi mədəniyyət və incəsənət sahəsinə də böyük qayğı göstərib

“Bugünlər respublikamızın bütün guşələrində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü böyük təntənə ilə qeyd olunur. Bu amilin ciddi əsasları var. Çünki Ulu Öndər xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlər göstərib”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Ülviyyə Həmzəyeva deyib.

Ü.Həmzəyeva bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanda bütün sahələrdə olduğu kimi mədəniyyət və incəsənət sahəsinə də böyük qayğı göstərib. Onun sözlərinə görə, hər bir xalq dünyada  öz mədəniyyəti, incəsənəti ilə tanınır: “Odlar yurdu Azərbaycanın da mədəniyyəti onun öz tarixi qədər qədimdir. Bu milli- mənəvi dəyərlər nəsillərdən- nəsillərə ötürülərək daha təkmil formada dövrümüzə gəlib çatmışdır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu ilk dövrdə, Sovetlər dönəmində Azərbaycan mədəniyyəti sürətlə inkişaf etmişdir. Yüksək dəyərli əsərlər yaranmış, onlar ittifaq və republika səviyyəsində  mükafatlandırılmışdır. Ədəbiyyat və incəsənət xadimlərimiz Sosialist Əməyi Qəhrəmanı, SSRİ xalq artisti fəxri adlarına layiq görülmüşlər. Yeni mədəniyyət obyektləri inşa edilmişdir. Ulu öndər bu sahəyə yüksək dəyər verərək qeyd edib: “Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir””.  
Millət vəkili söyləyib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə daim mədəniyyət və incəsənətin yüksəlişinə, tərəqqəsinə xüsusi qayğı göstərib. “Təsviri və xalq dekorativ  - tətbiqi sənətinə verilən xüsusi diqqətin nəticəsində müntəzəm olaraq müxtəlif tədbirlər, həmçinin sərgilər keçirilirdi. Xalqımızın təsviri və dekorativ - tətbiqi sənətə yönələn belə bir diqqət və qayğı həvəskarlıqdan peşakarlığa doğru gedən təkmilləşməni sürətləndirir, habelə sərgilərin iştirakçıları arasında adlı- sanlı sənətkarların yetişməsi ilə nəticələnirdi .Tanrı Heydər Əliyev  şəxsində Azərbaycan xalqına elə bir böyük şəxsiyyət bəxş edib ki, bu sənətkar ən gözəgəlməz rənglədən belə hər kəsə xoş gələcək rəngləri tutuşdurub milyonların qəlbini ehtirasa gətirməyi bacarmışdır. Ulu Öndər Heydər Əliyevin hər iki hakimiyyəti dövründə bütün sahələrdə olduğu kimi rəssamlığın da inkişafında əsaslı dönüş yaranmışdır. Azərbaycan təsviri sənətinin böyük inkişaf yolu keçməsinə diqqəti cəlb edən Ulu Öndərimiz deyirdi: “Azərbaycan rəngkarlıq,  təsviri sənət məktəbi dünyada layiqli yer tutmuşdur. Tarixən qısa bir vaxtda Azərbaycanda gözəl, güclü təsviri sənət məktəbi, rəngkarlıq məktəbi təşəkkül taparaq yaranmışdır”.
Ulu Öndərimizin əsasını qoyduğu ənənələri hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir”-deyə, Ü.Həmzəyeva qeyd edib.