YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya nümayəndə heyəti “ASAN xidmət”in fəaliyyətini yüksək qiymətləndirib

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkonun rəhbərliyi ilə ölkəmizdə səfərdə olan nümayəndə heyəti aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bakıdakı 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması, bu mərkəzlərin məqsədləri, onların fəaliyyət istiqamətləri və orada göstərilən xidmət növləri barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, “ASAN xidmət” yaradılandan sonra şəffaflığın artırılması və müasir innovasiyaların tətbiq edilməsi məqsədilə səmərəli dövlət idarəçiliyinin təmin olunmasında ciddi uğurlar qazanılıb.

Vurğulanıb ki, Azərbaycanın brend məhsulu olan “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin əsas məqsədi dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən hüquqi xidmətləri asanlaşdırmaq, korrupsiya hallarını aradan qaldırmaq, müasir texnologiyaları tətbiq etmək, dövlət qulluqçuları ilə vətəndaşlar arasında münasibətlərdə yeni təfəkkür tərzini formalaşdırmaqdır.

“ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin əsas prinsipləri operativlik, şəffaflıq, nəzakət, məsuliyyət, etik davranış qaydalarına riayət olunmasına nəzarətin və maksimum rahatlığın təmin edilməsidir. Burada vətəndaşların elektron xidmətlərin bütün növlərindən istifadə edə bilmələri üçün hər cür şərait yaradılıb. “ASAN xidmət”lərdə vətəndaşlara müasir texnologiyalardan və innovasiyalardan istifadə edilməklə xidmətlər göstərilir. Burada xidmət göstərilməsini gözləyən vətəndaşların vaxtını səmərəli keçirmələri üçün yardımçı funksional xidmətlər nəzərdə tutulub.

Valentina Matviyenko mərkəzdə tətbiq edilən innovativ avadanlıqla da tanış olub.

Vurğulanıb ki, “ASAN xidmət” 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına layiq görülüb.

Rusiya nümayəndə heyəti “ASAN xidmət”in fəaliyyətini yüksək qiymətləndirib.