YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Hesabatlama Palatasının ötən bir il ərzindəki fəaliyyəti qənaətbəxşdir

“Hesabatlama Palatasının ötən bir il ərzindəki fəaliyyəti qənaətbəxşdir. Qurumun təqdim etdiyi hesabat bunu deməyə əsas verir”. Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin dünən keçirilən iclasında çıxışı zamanı deyib.

S.Novruzov bildirib ki, ötən il Milli Məclis tərəfindən “Hesablama Palatası haqqında” qanun qəbul olunub və qurum öz işini bu qanuna uyğun qurub. Onun sözlərinə görə, Hesablama Palatası öz imkanları daxilində kifayət qədər fəaliyyət göstərir, hətta bəzi hallarda imkanlarından da artıq çalışır.

“Amma hesab edirəm ki, Hesablama Palatasının strukturunda dəyişikliyə ehtiyac var. Köhnə sistemdən yeni sistemə keçilməlidir. Çünki  bu gün ölkəmizdə hər bir sahədə islahatlar, o cümlədən struktur islahatları aparılır, bəzi qurumlar ləğv edilərək yeniləri yaradılır və s. Bu baxımdan, zərurət yaranarsa qanunvericilikdə dəyişikliklər etməklə Hesablama Palatasının strukturunda yeniliklər edilməli, qurumun fəaliyyəti cənab Prezident tərəfindən həyata keçirilən islahatların dinamikasına uyğun olmalıdır. Hesab edirəm ki, Palatanın apardığı yoxlamalar, monitorinqlər sistemləşdirilməli, mənimsənilən büdcə vəsitinin  bedcəyə geri qaytarılmasını təmin etməlidir. Qurum bu sahədə çalışır, amma daha yaxşı nəticələr əldə etmək üçün struktur dəyişikliyinə ehtiyac var. Nöqsanların, korrupsiya hallarının zamanında aşkarlanması üçün Palata tərəfindən hesabatlar 6 aylıq və ya 1 illik olmalıdır. Aralıq dövrdə də ciddi şəkildə monitorinqlər aparılmalıdır. Gələcəkdə bunlar nəzərə alınmalı, bu işləri yeni metodla həyata keçirməliyik. Hazırda məhkəmə-hüquq sistemində islahatlar aparılır və Palata onlarla əməkdaşlıq edir.  Dövlət  büdcəsinin icrasına nəzarət edən orqan kimi Hesablama Palatasının fəaliyyətinə ciddi dəstk verməliyik”-deyə, S.Novruzov vurğulayıb.