YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxıstanın Baş naziri: Türkdilli ölkələr iqtisadi əməkdaşlığı daha da fəallaşdırmalıdır

Türkdilli ölkələr iqtisadi əməkdaşlığı daha da fəallaşdırmalıdır.

Bu sözləri Qazaxıstanın Baş naziri Askar Mamin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyevlə görüşündə deyib.

Qazaxıstanın Baş naziri türkdilli ölkələrin iqtisadi əməkdaşlığına dair gündəliyin yaradılması ilə bağlı işləri fəallaşdırmağı lazım bildiyini söyləyib.

Görüşdə türkdilli ölkələrin iqtisadi, investisiya, nəqliyyat, logistika sahələrində iş birliyinin, eyni zamanda, müştərək firmaların yaradılması, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələrinin rəqabət gücünün və ixrac potensialının artırılması məsələləri müzakirə olunub.

Qazaxıstanın Baş naziri Şuraya üzv ölkələr arasında avtomobil istehsalı, turizm, kənd təsərrüfatı, yüngül sənaye və digər sahələrdə əməkdaşlıq potensialının olduğunu vurğulayıb.