YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Azərbaycanın iqtisadi potansialı gücləndikcə sosial sferada yeni-yeni addımlar atılır

“Radikal müxalifət xalqı aldatmaq üçün yanlış fikirlər səsləndirir. İddia edirlər ki, guya onlar mitinqlər keçirdikləri üçün bu yeniliklər oldu. Bəziləri isə insanları inandırmağa çalışır ki, guya onların xaricdən etdikləri çıxışların nəticəsində hökumət bu dəyişikliklərə gedib. Bu iddiaların heç bir əsası yoxdur”. Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, bu məsələlərin həlli geniş araşdırmaların nəticəsində ərsəyə gəlib və dövlət büdcəsinin vəsaiti hesabına həm əhalinin sosial müdafiəsinin gücləndirilməsi, həm də problemli kreditlərin həlli istiqamətində qərar verildi.  Onun sözlərinə görə, sosial-iqtisadi müstəvidə hansısa  addım atmaq üçün ilk növbədə ölkənin iqtisadi potensialını yaratmaq lazımdır.

“Əgər ölkənin iqtisadi potensialı yoxdursa, bu məsələləri nə ilə, hansı vəsaitlə həll edəcəklər? Bəzi debatlarda bu kimi fikirlər səslənir. Guya Gürcüstanda, yaxud digər ölkələrdə hansısa mühüm dəyişikliklər var, xalqa fantastik güzəştlər edilir və  s. Bunlar doğru deyil. Bu cür addımları atmaq üçün iqtisadi potensial lazımdır. Potensial olmadan bu cür addımlar atmaq mümkün deyil. Azərbaycanın iqtisadi potansialı gücləndikcə sosial sferada yeni-yeni addımlar atılır.  Post sovet məkanına baxsaq görərərik ki, bu dövlətlərin heç birində sovet dönəmində bankda qalan əmanətlər xalqa qaytarılmadı. Amma Azərbaycan bu vəsaitlərin hamsını ödədi. Azərbaycanda problemli kreditlər məsələsi öz həllini tapdı. Dövlət bu yükü öz üzərinə götürdü. Həm vətəndaşı müdafiə etdi, həm də bankların marağını nəzərə aldı. Vətəndaşların banklara ödədiyi artıq vəsaitlərin yenidən vətəndaşlara qaytarılmasını da dövlət öz üzərinə götürdü. 

Dünyanın müxtəlif yerlərində əmanətlərin sığortalanması var. Bu əmanətlərin yanız 30-50%-i, ən yaxşı halda 60%-i sığortalanır. Yəni əgər əmanət 60%-i sığortalanıbsa, bank iflas edərsə, o zaman vətəndaş və ya şirkətə qoyduğu vəsaitin 60%-i qaytarılır. Azərbaycanda isə bu təminat 100 %-dir. Dövlət bunu ona görə edir ki, vətəndaşın banka qoyduğu vəsait hər hansı bir səbəbdən itməsin. Bütün bu siyasətin mərkəzində isə Azərbaycan vətəndaşı durur. Atılan bütün addımlarm Azərbaycan vətəndaşının rifahına hesablanıb. 

Şəhid ailələrinə verilən kompensasiya da bu yöndə atılan addımlardan biridir. Şəhid ailələrinin, müharibə veteranlarının təqaüdlərinin artırılması da önəmli məsələlərdən birikimi cəmiyyətdə çox böyük rəğbətlə qarşılandı. Onu da xatırladım ki, Azərbaycadna 80 mindən artıq müharibə veteranı var. 

Yəni son bir neçə ayda çox böyük işlər həyata keçirildi. Yaradıcı şəxslər, təşkilatlarla bağlı da müvafiq qərarlar verilir və qaldırılan məsələlər qısa zamanda öz həllini tapır”-deyə, S.Novruzov vurğulayıb.