YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mirzəcan Xəlilov: Böyük sosial layihələrin reallaşdırılması Prezident İlham Əliyevin güclü siyasi iradəsinə əsaslanır

“Azərbaycanın dinamik inkişafı bütün sahələri əhatə edir”. Bu fikri yap.org.az saytına Milli Məclisin deputatı Mirzəcan Xəlilov deyib.

M.Xəlilov bildirib ki, Prezident İlham Əliyevin siyasi iradəsi əsasında müəyyənləşdirilən strateji kursa uyğun olaraq ölkəmizdə bu ilin əvvəlindən sosial sahədə çox ciddi addımlar atılıb. Onun sözlərinə görə, Prezident İlham Əliyev 2019-cu ilin arxada qalan dövrü ərzində bilavasitə insanların rifah halının yaxşılaşmasına, gəlir imkanlarının artırılmasına hesablanan çoxsaylı Fərman və sərəncamlar imzalayıb.

“Atılan addımlara əsasən deyə bilərik ki, Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasət inqilabi xarakter daşıyır. Həqiqətən də, bu gün dövlətimizin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. Bu, ilk növbədə, cənab Prezidentin, Azərbaycan dövlətinin öz vətəndaşına olan diqqət və qayğısının təzahürüdür. Böyük sosial layihələrin reallaşdırılması Prezident İlham Əliyevin güclü siyasi iradəsinə əsaslanır. 
Ölkəmizdə cari ilin əvvəlindən intensiv şəkildə reallaşdırılan böyük sosial paket bütövlükdə cəmiyyətin sosial sifarişlərinin yüksək səviyyədə təmin edilməsinə hesablanıb. Görülən bütün işlərin arxasında Azərbaycan vətəndaşının həyat səviyyəsinin yüksəldilməsi, onun rifahı amili dayanır. Sosial paket reallaşdırılarkən ilk növbədə əhalinin ən həssas təbəqələrinin maraqları nəzərə alınır”-deyə, deputat qeyd edib.