YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hüseynbala Mirələmov: Dövlət həmişə öz vətəndaşının yanındadır

“Ölkəmizdə aparılan uğurlu siyasət ilk növbədə xəlqi mahiyyəti ilə fərqlənir Son 15 ilin təcrübəsi Prezident İlham Əliyevin Öz fəaliyyətini daim xalqla bir yerdə olmaq və xalqa ləyaqətlə xidmət etmək prinsipi əsasında qurduğunu əyani şəkildə təsdiqləyir”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov deyib.

H.Mirələmov bildirib ki, dövlət başçısı mütəmadi qaydada ictimaiyyətin nümayəndələri ilə görüşür, tez-tez bölgələrə səfərlərə gedir. Bu görüşlər və səfərlər böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, dövlət başçısı insanları narahat edən məsələlərlə yerindəcə tanış olur, həmçinin əvvəllər verilən tapşırıqların müvafiq qurumlar tərəfindən necə icra edildiyi ilə maraqlanır. Beləliklə, bir tərəfdən nəzarət möhkəmlənir, məmurların məsuliyyəti artır, digər tərəfdən isə dövlət siyasətinin prioritetləri müəyyənləşdirilərkən yerlərdə insanların qaldırdıqları məsələlər mütləq nəzərə alınır. 
“Azərbaycanda insanlarda yüksək vətəndaş məmnunluğu yaradan gözəl ənənə formalaşıb. Belə ki, Prezident İlham Əliyev həmişə qəti mövqe və siyasi iradə ortaya qoyaraq komandasının diqqətini, dövlətin resurslarını ən ümdə məsələlərə yönəldir. Bu məsələlər sırasında sosial sfera, vətəndaşlara qayğı prioritet təşkil edir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşının maraqları dayanır. Dövlət başçısının müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq respublikamızda dövlət həmişə öz vətəndaşının yanında olur, onun üzləşdiyi problemlərin aradan qaldırılmasına lazımi dəstək göstərir. Bu da, təbii ki, vətəndaşlarda güclü Azərbaycan dövlətinə, şəxsən Prezident İlham Əliyevə böyük inam yaradır. Bu il fevralın 5-də və 6-da baş vermiş zəlzələlər Şamaxı, İsmayıllı və Ağsu rayonlarında bir sıra fəsadlar törədib. Belə ki, baş verən zəlzələlər nəticəsində çox sayda fərdi ev qəzalı vəziyyətə düşüb, bir sıra sosial təyinatlı tikililərə və infrastruktur obyektlərinə ziyan dəyib. Hazırda Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən hər üç rayonda təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün intensiv şəkildə tikinti və təmir-bərpa işləri həyata keçirilir. Azərbaycanın dövlət başçısı təbii fəlakət zonasında görülən işləri ciddi nəzarətdə saxlayır. Elə bu günlərdə Prezident İlham Əliyev həmin Sərəncamın icrası ilə əlaqədar görülən işlərlə yerində tanış olmaq üçün Ağsu və Şamaxı rayonlarına səfəri zamanı ayrı-ayrı ünvanlarda görülən işlərlə tanış olub, sakinlərlə görüşlər keçirib və Özünün dəyərli tövsiyələrini verib. Bu səfərlər insanların dövlətimizin başçısına sonsuz inam və etimadını bir daha təsdiqlədi” –deyə, H.Mirələmov vurğulayıb.