YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Azərbaycandakı sahibkarların 30 faizi qadınlardır

Azərbaycandakı sahibkarların 30 faizi qadınlardır.

Bu sözləri jurnalistlərə müsahibəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Komitə sədri bildirib ki, son illərdə qadın sahibkarlığının inkişafı istiqamətində aparılan islahatlar nəticəsində ölkəmizdə qadın sahibkarların nisbəti 4 faizdən 30 faizədək artıb: “Bu ölkə rəhbərliyi başda olmaqla dövlətin zəhmətidir. Azərbaycanda hər bir qadın sərbəst öz işini qura bilər, biznesə sahib olub işəgötürən qismində çıxış edə bilər”.