Xəbərlər
Sahib Məmmədov: Bu il qeyri-neft sektoru 2,7 faiz artıb
Cari ilin ötən dövründə qeyri-neft sektoru 2,7 faiz artıb.
Bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
Nazir müavini qeyd edib ki, ilin ötən dövrü ərzində ÜDM 2,9 faiz (5,9 milyard manat), adambaşına ÜDM-nin həcmi isə 2,1 faiz (601,1 manat) artıb: “Ölkədə bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilən investisiyalar 868,8 milyon manat təşkil edib”.