YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Neft-qaz ixracının Azərbaycanın ümumi ixracındakı payı 87,5 faizdir

Yanvarda xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının ixracı ölkənin ümumi ixracının 79,56 faizini, təbii qaz 7,92 faizini, neft məhsulları isə (2710 mal kodu üzrə) 1,56 faizini təşkil edib.

Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Qeyd edək ki, ötən ilin eyni ayında xam neft ixracının Azərbaycanın ümumi ixracındakı payı 84,22 faiz, təbii qazın 2,19 faiz, neft məhsullarının payı 1,53 faiz olub.