YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Mirkişili: Minimum əməkhaqqının artırılması insanların həyat tərzinin yaxşılaşmasına, həm də iqtisadi aktivliyin artmasına xidmət edəcək

“Hər il Prezident İlham Əliyevin sərəncamı ilə həm dövlət qulluğunda çalışanların, həm də bütövlükdə ölkədə orta aylıq maaşların artması ilə bağlı tədbirlər görülür. Dövlət başçısının bugünlərdə minimum əməkhaqqının artırılması haqqında sərəncamı ilə Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı ilə yaşayış minimumu eyniləşdirildi”. Bu fikirləri Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, bu addım  bütövlükdə maaş sistemində çox böyük və inqilabi dəyişiklikdir. Çünki birdən-birə bu qədər dəyişikliyin edilməsi onun üçün maliyyə mənbəyinin olması əsas amillərdəndir. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu il 10 ay ərzində isə 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək. Bütövlükdə, az əmək haqqı alan əhalinin maaşı 40 faiz artacaq. Maaşı 130-180 manat arası olan təbəqənin bundan sonra alacağı əmək haqqı 180 və ondan daha yuxarı olacaq. Belə bir artım insanların həyat tərzinin yaxşılaşmasına, həm də iqtisadi aktivliyin artmasına xidmət edəcək.

“Çünki maaşların artımı son nəticədə iqtisadiyyatın da daha çox canlanmasına səbəb olur. İkinci bir tərəfdən təcrübə göstərir ki, minimum əmək haqqının artırılması daha sonra orta aylıq əmək haqqının artmasına da səbəb olacaq. Çünki bu zəncirvari reaksiyadır və son nəticədə bütün təbəqədən olan insanların maaşına təsir edir. Məhz bu stimulun verilməsi ölkədə bütövlükdə əmək haqqlarını daha artmasına səbəb olacaqdır ki, bu da həm əhalinin həyat tərzinin yaxşılaşmasına, həm də iqtisadiyyatda aktivliyin artmasına səbəb olacaq. Onu da qeyd edim ki, yanvarın 1-dən etibarən yeni Vergi Məcəlləsinin qəbul olunması ilə Azərbaycanda qeyri-neft sektoru və qeyri-dövlət qurumlarında çalışanların maaşlarında gəlir vergisi ləğv olunub. Həm gəlir vergisinin ləğv olunması, həm də minimum əmək haqqının 180 manata qaldırılması ölkədə qeyri-leqal əmək haqqının səviyyəsinin aşağı düşməsinə ciddi təsir edəcək. Bu da son nəticədə insanların daha çox pensiya ilə təmin olunmasına səbəb olacaqdır. Çünki bildiyiniz kimi, bir çox hallarda, yəni həm minimum əmək haqqının aşağı, həm də qeyri-leqal əmək haqqı ilə bağlı halların olması Dövlət Sosial Müdafiə Fonduna az ödənişlərin edilməsinə imkan yaradırdı. Bu da sonradan vətəndaşların pensiya təminatına çox ciddi təsir edirdi. Amma məhz minimum əmək haqqının qaldırılması və qeyri-leqal məşğulluğun aşağı düşməsi insanların gələcək pensiya təminatına da ciddi təsiri olacaq ki, bu baxımdan cənab Prezidentin bu qərarı həm bugünkü gün, həm də gələcək üçün çox strateji bir qərardır”-deyə, deputat qeyd edib.  

DİGƏR Xəbərlər Arxiv