YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hərbi Hava Qüvvələrinin cəbhəboyu zonada yerləşən hissələrində yeni yaşayış kompleksləri istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarına əsasən Hərbi Hava Qüvvələrinin şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində fəaliyyət davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazirliyin rəhbər heyəti Hərbi Hava Qüvvələrinin cəbhəboyu zonada yerləşən hərbi hissələrinin ərazisində yeni inşa edilmiş yaşayış komplekslərinin açılışında iştirak edib, burada hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olublar.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ərazidəki əsgər yataqxanalarında, yeməkxanalarda, sinif otaqlarında, tibb məntəqələrində, mətbəxlərdə, qazanxanalarda, anbarlarda, eləcə də digər xidməti və inzibati obyektlərdə olaraq görülən işlərin keyfiyyəti ilə tanış olub.

Nazir hərbi hissələrin silahlanmasında olan döyüş texnikasına baxış keçirib və komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.