YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərvin Kərimzadə: Bu gün ölkəmizdə həyata keçrilən məqsədyönlü siyasət xalqın mənafeyini tam ifadə edir

“Müstəqil Azərbaycan məqsədyönlü siyasət yürüdən, yalnız öz daxili imkanlarına arxalanaraq uğurla və sürətlə inkişaf edən, dünya miqyasında nüfuzu olan bir dövlətdir. Prioritet istiqamət olan sosial siyasət sahəsində aparılan islahatlar, çevik və məqsədyönlü fəaliyyət Azərbaycanın sosial siyasətini dünya miqyasında ən gözəl nümunəyə çevirir”. Bu fikirləri Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

P.Kərimzadə bildirib ki, ölkənin davamlı olaraq iqtisadi potensialı gücləndikcə geniş sosial layihələr həyata keçirilir. Bu baxımdan, şəhid ailələri və müharibə veteranlarına davamlı dövlət qayğısının göstərilməsi də mühüm əhəmiyyətə malikdir. Onun sözlərinə görə, dövlətimizin başçısı şəhid ailələri, müharibə veteranları və əlillərinə daim xüsusi qayğı ilə yanaşıb. Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 28-də şəhid ailələri ilə görüşündə bunun bir daha şahidi olduq.

Millət vəkili qeyd edib ki, görüşdə dövlətimizin başçısının “Azərbaycan xalqına xidmət etmək mənim üçün böyük şərəfdir. Prezident kimi həmişə çalışmışam ki, xalqıma ləyaqətlə xidmət edim, Azərbaycanın hərtərəfli inkişafına təkan verim” sözləri milli maraqlara söykənən dinamik və praqmatik siyasətin mərkəzində insan amilinin dayanmasının daha bir təsdiqidir.

“2018-ci ilin aprel ayında yenidən xalqın etimadını qazanan Azərbaycan Prezidentinin ilk Fərmanı şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olub. Bu Fərmanla 6654 mənzil və 6144 avtomobil şəhid ailələrinin ixtiyarına verilib. 2019-cu ildə isə şəhid ailələrinə 800 mənzilin verilməsi nəzərdə tutulur. Bu da həmin kateqoriyadan olan 800 ailənin üzvlərinə sevinc bəxş edilməsi, sosial şəraitlərinin yaxşılaşdırılması deməkdir. Prezident İlham Əliyevin mənzillərin, avtomobillərin açarlarının şəhid ailələrinə şəxsən təqdim etməsi də ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır, xalq tərəfindən yüksək dəyərləndirilir. Şəhid ailələri ilə görüşdə Prezidentimiz deyib: “Bu gün Azərbaycan dünya miqyasında sürətlə, uğurla inkişaf edən dövlətlərdən biridir. Ölkəmizin iqtisadi, hərbi potensialı güclənir. Uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycan bu gün çox böyükmiqyaslı sosial layihələri icra edə bilir. Əgər bizim maliyyə imkanlarımız olmasaydı, maddi vəziyyətimiz pis olsaydı, biz bu layihələri, bu təşəbbüsləri irəli sürə bilməzdik”. Bu fikirlər ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin xalqın mənafeyini tam ifadə etməsindən xəbər verir. Hər bir azərbaycanlıda ruh yüksəkliyi yaradır, dövlətinə və dövlətçiliyinə olan güvəni, inamı daha da artır”-deyə, deputat vurvulayıb.