YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident: Pambıqçılıq üçün yararlı torpaqlar seçilməlidir və harada məhsuldarlıq aşağıdır, orada başqa məhsullar yetişdirilməlidir

Pambıqçılıqda çox ciddi dönüş yaradılıb. Müqayisə üçün bildirməliyəm ki, 2015-ci ildə cəmi 35 min ton pambıq tədarük edilmişdir, keçən il isə 233 min ton. Görün, biz nə qədər böyük irəliləyiş əldə etmişik.

Bu sözləri Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunan konfransda söyləyib.

Dövlətimizin başçısı deyib: "Pambıqçılığın bütün sahələrində 190 min insan işləyir. Məhsuldarlıq bizdə hələ ki, lazımi səviyyədə deyil. Hektardan orta məhsuldarlıq 17,4 sentnerdir. Bu, prinsipcə, bizi qane edə bilməz, biz məhsuldarlığı artırmalıyıq. Ancaq bu məhsuldarlıq orta məhsuldarlıqdır. Harada ki, işlərə ciddi yanaşırlar, məhsuldarlıq yüksəkdir. Məlumat üçün bildirməliyəm ki, "MKT" təşkilatının pambıq tarlalarında məhsuldarlıq hektardan 27 sentnerdir, "Azərpambıq"da 19, amma digər kiçik təsərrüfatlarda aşağıdır. Ona görə bu, orta məhsuldarlığı da aşağı salır. Ona görə bu sahədə də təftiş aparılmalıdır. Pambıqçılıq üçün yararlı torpaqlar seçilməlidir və harada məhsuldarlıq aşağıdır, orada başqa məhsullar yetişdirilməlidir”.

Prezident, həmçinin dövlət xətti ilə 470 pambıqyığan kombayn və pambıqçılıq üçün 12 minə yaxın texnikanın alındığını da bildirib.