YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfər Mehdiyev: Cari ildə də qanun pozuntusu ilə məşğul olan gömrükçülərə qarşı sərt tədbirlər görüləcək

Bu il də qanun pozuntusu ilə məşğul olan gömrükçülərə qarşı sərt tədbirlər həyata keçiriləcək.

Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

O bildirib ki, ötən il bəzi korrupsiya halları aşkarlanaraq bir neçə gömrük əməkdaşı vəzifələrindən azad edilib, barələrində cinayət işi açılıb: “Gömrükçülər daim peşələrinə sadiq qalmalı, öz fəaliyyətlərini gömrük qanunları çərçivəsində aparmalıdır. Həmçinin sahibkarlar da gömrük əməkdaşlarını korrupsiya hadisələri törətməyə sövq etməməlidir”.