YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaroslav Kubera: Çexiya və Azərbaycanın parlamentlərarası dostluq qrupları uğurla fəaliyyət göstərir

Azərbaycan Respublikasının Çexiyadakı səfiri Fərid Şəfiyev Çex Respublikası Senatının sədri Yaroslav Kubera ilə görüşüb. Görüş zamanı ikitərəfli münasibətlərdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Əlaqələrin problemsiz şəkildə inkişafına toxunan Y.Kubera ölkələr arasında iqtisadi münasibətlərin daha da genişləndirilməsinin vacibliyini deyib, bu baxımdan turizm və sanatoriya istirahəti sahəsində geniş imkanlar olduğunu qeyd edib.

Çexiya Senatının sədri Y.Kubera parlamentlərarası münasibətlərin səviyyəsinə toxunaraq dostluq qruplarının uğurla fəaliyyət göstərdiklərini vurğulayıb, bununla yanaşı, iki ölkənin qanunvericilik orqanlarının spesifik komitələri arasında əməkdaşlığın həyata keçirilməsi barədə təşəbbüslə çıxış edib. Səfir F.Şəfiyev təşəbbüsün Azərbaycan tərəfindən nəzərdən keçiriləcəyini bildirib.

Görüş zamanı səfir F.Şəfiyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və regionda yaranmış son vəziyyət haqqında məlumat verib, münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə dair tutduğu ədalətli mövqeyə görə Çexiya tərəfinə təşəkkürünü bildirib. Çexiya Senatının sədri Y.Kubera ölkəsinin Azərbaycanın ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyi bir daha ifadə edib.