YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Azərbaycan davamlı olaraq islahatlar aparan sosialyönümlü dövlətdir

“Azərbaycan davamlı olaraq islahatlar aparan sosialyönümlü dövlətdir”. Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, ölkəmiz sosial  məsələlərin həllini daim diqqət mərkəzində saxlayır. Onun sözlərinə görə,  hər bir vətəndaş Azərbaycanda əmin-amanlığı, sabitliyi qorumalıdır.

“Cəmiyyətdə problemlər, nöqsanlar ola bilər. Amma , biz ona nail olmalıyıq ki, həmin  məsələlər həll edilsin. Bu gün Azərbaycan intibah dövrünü yaşayır. Uğurlarımız olduqca çoxdur və bütün sahələrdə inkişaf var. Həyata keçirilən davamlı islahatlar xalqımız və dövlətimiz üçün daha böyük uğurlar vəd edir”-deyə, komitə sədri vurğulayıb.