YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Monteneqronun Prezidenti: Azərbaycan-Monteneqro dostluq münasibətləri ilə fəxr edə bilərik

Monteneqronun Prezidenti Milo Cukanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, cansağlığı, səadət, eləcə də xalqınıza və ölkənizə rifah və tərəqqi arzulayıram.

Sizinlə birlikdə qurduğumuz və ölkələrimizin qarşılıqlı maraqlarına xidmət edən Azərbaycan-Monteneqro dostluq münasibətləri ilə fəxr edə bilərik. Bu xüsusda Sizin töhfələriniz misilsizdir. Sizinlə gələcək görüşlərimizdən və davamlı əməkdaşlığımızdan məmnunluq duyuram.

Ən dərin ehtiramımı və dost salamlarımı qəbul etməyinizi xahiş edirəm.”