YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko Prezident İlham Əliyevi təbrik edib

M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir: “Siz görkəmli dövlət xadimi olaraq doğum gününüzü yaradıcı və mənəvi qüvvələrinizin çiçəkləndiyi dövrdə qarşılayırsınız. Sizin insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, cəmiyyətin mənəvi, sosial, mədəni və iqtisadi tərəqqisinə, elmə, təhsilə və səhiyyəyə töhfəniz həqiqətən heyranlıq doğurur.

Sizə uğurlar, cansağlığı və nəcib niyyətlərinizin həyata keçməsi üçün tükənməz enerji arzulayıram. Sizə və yaxınlarınıza, Sizin böyük ölkənizə xoşbəxtlik, əmin-amanlıq və firavanlıq diləyirəm.”