YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mamuka Baxtadze: Gürcüstan Cənubi Qafqaz və digər region dövlətləri ilə əlaqələrə xüsusi diqqət yetirir

Gürcüstan Cənubi Qafqaz və digər region dövlətləri ilə əlaqələrə xüsusi diqqət yetirir. Bu gün bizim Türkiyə və Azərbaycan ilə ənənəvi mehriban qonşuluq münasibətlərimiz getdikcə möhkəmlənir və daha da dərinləşir.

Bu sözləri Gürcüstanın Baş naziri Mamuka Baxtadze dekabrın 18-də Tbilisidə keçirilən Gürcüstanın diplomatik nümayəndəlikləri və konsulluq idarələri rəhbərlərinin ənənəvi illik konfransında deyib.

Qonşu dövlətlərə səfərindən danışan hökumət başçısı Azərbaycana səfərinin uğurlu olduğunu qeyd edib.

Baş nazir deyib ki, Gürcüstanın qonşu dövlətlərlə mehriban münasibətləri, bəzi ölkələrlə strateji tərəfdaşlığı, eləcə də Avropa İttifaqına və Avroatlantik alyansa inteqrasiyasında gürcü diplomatiyasının xüsusi rolu var.

M.Baxtadze gürcü diplomatlarının ölkənin suverenliyinin möhkəmləndirilməsi və ərazi bütövlüyünün sülh yolu ilə bərpa olunması işinə böyük töhfə verdiklərini vurğulayıb.